COP29

Murad Musayevin "Sabah"dan göndərmək niyyətində olduğu neçə futbolçu var?

18 May 2023 19:00 Sabah 2 149
Murad Musayevin "Sabah"dan göndərmək niyyətində olduğu neçə futbolçu var?

Bir neçə futbolçu var ki, Murad Musayev onları sabah «Sabah»da görmür.

Tarixdə ilk dəfə avrokuboklara vəsiqə qazanıblar və 2 ay sonra Konfrans Liqasında debüt edəcəklər.

«Sabah» qitə arenasına rusiyalı hazırkı baş məşqçisi ilə gedəcək. O isə Avropaya gedən yolda xidmətindən yararlandığı 4-5 nəfəri ora aparmağı lazım bilmir.

Premyer Liqanın axır turları məhz bu baxımdan Musayev üçün vacibdir. Kimləri ki öz beynində «qara siyahı»ya salıb, onlara bu şans yaradır və istəyir: buyur, sonuncu imkanı dəyərləndir.

Abdullaye Be Murad Musayevdə özü haqda bədbin rəy formalaşdıran legionerlərdən biridir.

Ötən gün Sumqayıtda «Sumqayıt»a qol vuran Sebalyas və Kristian Da Silvanın da rusiyalının gələcək planlarına daxil olmadığı qənaətindəyəm.

Mən bu oyunda onu da sezdim ki, Murad Musayev nə olur-olsun, futbolçularından kor-koranə irəli atılmamağı, eyni zamanda, daha çox qol vurmağı tələb edir.

Oyun məzmunu və keyfiyyət - gənc adam bu ikisini bir arada istəyir.

Eşitsəm ki Musayev böyük hesabla qələbə qazandıqları oyunda qol epizodunu qaçıranları cərimələyib, yaxud sərt irad bildirib, əsəbiləşib, təəccübdən yerimdə donub qalmaram.

Zəhmi və zəhməti var, iştahı da diş altında.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?