COP29

PSJ-nin eks hücumçusu Premyer Liqa klubundan niyə göndərildi? - BAHALI DOSYE

29 İyul 09:40 Sabah 1 734
PSJ-nin eks hücumçusu Premyer Liqa klubundan niyə göndərildi? - BAHALI DOSYE

“Sabah”ın İshak Belfodillə yollarını ayırmasından xəbərdarsız.

Əlcəzairli hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, ötən ilin yayında “Sabah”a keçmişdi. 32 yaşlı forvard Masazır təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Vaxtilə İtaliyada «İnter»in, Fransada PSJ-nin formasını geyinmiş Belfodilin sözləşməsi gələn ilin yayında bitməli idi. Ərəb legioner «bayquşlar»ın ən ödənişli futbolçusu kimi artıq tarixə düşüb.

İshakın ötən 1 il ərzində 950 min avroya yaxın pul qazanmasına dair iddialar var. «Sabah» ona qədər heç bir oyunçuya bu və bu rəqəmə yaxın məbləğdə əməkhaqqı ödəməyib.

Krunoslav Renduliç bunun fərqinə varıb. Martda görəvə gəlmiş baş məşqçi müşahidələrinə əsasən müəyyənləşdirib ki, Belfodilin aldığı məvacib komanda daxilində disbalans yaradıb.

Digər futbolçularla onun arasında yaranmış maaş «uçurum»un kollektivə mənfi təsirini anlayan xorvatiyalı mütəxəssis bu məsələni iyunda bir daha gündəmə gətirib.

PSJ-nin eks hücumçusu Premyer Liqa klubundan niyə göndərildi?

Balkanlı çalışdırıcı rəhbərliklə apardığı müzakirələr zamanı Belfodilin düşərgədən göndərilməsinin vacibliyini bir neçə amillə əsaslandırıb.

Renduliç sözügedən hücumçunun böyük miqdarda əməkhaqqı almasına rəğmən, sabit çıxış etmədiyini, dinamik oyun üslubuna ayaq uydurmadığını, müdafiə xəttinə yardımçı olmadığını və digər zəif cəhətlərini qeyd edib.

O, bu səbəbdən Sloveniyada keçirilən təlim-məşq toplanışına da aparılmayıb. Tərəflər arasında danışıqlar 50 günü ötüb.

Bu müddətdə müqavilənin ümumi razılıq əsasında pozulmasının şərtləri masaya yatrılıb. Əlcəzairli sonda müəyyən təzminat qarşılığında kontrakta xitam verməyə «hə» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti