COP29

İrlandiya klubu Konfrans Liqasında "Sabah"a rəqib oldu

2 Avqust 02:50 Sabah 1 110
İrlandiya klubu Konfrans Liqasında "Sabah"a rəqib oldu

"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, İrlandiyadan "Sent-Patriks Atletik"dir.

Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin "Vaduz" klubu ilə bugünkü cavab matçında heç-heçə edib - 2:2.

Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.

"Sabah" 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə ayın 15-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti