COP29

Millidən ayrılan baş məşqçi Premyer Liqa klubunda işləyəcək?

11:40 Sabah 875
Millidən ayrılan baş məşqçi Premyer Liqa klubunda işləyəcək?

21 yaşadək futbolçulardan ibarət yığmadan ayrılan Samir Əliyev yenidən klub camiəsinə dönmək fürsəti əldə edib.

Vaxtilə «Səbail»i çalışdırmış mütəxəssis «Sabah»da görünə bilər

Son günlər onun adı burada tez-tez hallanmağa başlayıb.

Rəsmilərdən biri onu komandanın sükanı arxasında görmək niyyətindədir. Və Əliyevin özü də iddialı yerdə olmağı arzulayır.

Premyer Liqanın son 6 turunda qələbə qazana bilməyən «Sabah»da Krunoslav Renduliçin taleyi tükdən asılıdır.

Bu müddətdə 2 məğlubiyyətlə üzləşən və 4 heç-heçə edən «bayquşlar» tezliklə baş məşqçisi ilə vidalaşa bilər.

Hər halda klub rəhbərliyi xorvatiyalı mütəxəssisin fəaliyyətindən kəskin narazıdır. Onunla bu məqsədlə görüş keçirilib, qeydə alınan nəticələrdən narahatlıq ifadə olunub.

Balkanlı çalışdırıcı səbəb kimi bəxtsizliyi və zəddəli futbolçuların çoxluğunu göstərib, fəqət, onun söylədikləri rəsmiləri qane etməyib.

Qarşıdakı 2 tiur bu mənada Renduliç üçün həlledicidir. Əgər o, komandanı düşdüyü vəziyyətdən çıxarmasa, müqaviləsinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Masazır təmsilçisi 13 tura 18 xal toplayıb. Mövsümün arxada qalan bölümündə yalnız 4 qələbə qazana bilməyən «bayquşlar» 18 xalla turnir cədvəlinin 5-ci pilləsində özünə yer edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti