COP29

"Sabah" Sloveniyada serblərə uduzmadı - FOTOREPORTAJ

11 İyul 01:10 Sabah 1 255
"Sabah" Sloveniyada serblərə uduzmadı - FOTOREPORTAJ

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyadan "Çukariçki" ilə qarşılaşıb.

Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ilk sınaq matçında yerli "Koper"ə qalib gələn (1:0) "Sabah" Sloveniyada daha 2 yoxlama oyunu keçirəcək.

Komanda iyulun 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə