COP29

“O, özündən tez çıxan və küsəyəndir, xasiyyəti karyerasına təsir etdi"

31 Dekabr 2024 02:10 Sabah 1 810
“O, özündən tez çıxan və küsəyəndir, xasiyyəti karyerasına təsir etdi"

"Ayaz Quliyevin ulduz olacağını düşünürdüm, amma alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Andrey Pyatnitski hazırda "Sabah"da çıxış edən Ayaz Quliyev haqqında danışarkən deyib.

“Spartak”ın gənclərdən ibarət komandasının keçmiş məşqçisi "Çempionat”a müsahibəsində yetirməsinin öz potensialını tam aça bilmədiyini vurğulayıb.

Jurnalistin "Bu onun çətin xarakteri ilə bağlıdır?" sualına Pyatnitski belə cavab verib:

"Bəli, elədir. O, özündən tez çıxan və küsəyəndir. Bu onun karyerasına təsir edib”.

Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edir. Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib və qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti