COP29

"Sabah" - "Makkabi": Nə qədər satılıb?

31 İyul 02:00 Sabah 1 140
"Sabah" - "Makkabi": Nə qədər satılıb?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah" və “Makkabi”nin (Hayfa) Bakıda keçiriləcək cavab görüşü üçün indiyədək satılmış biletlərin sayı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Avqustun 1-də keçiriləcək matça 4500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

"Sabah" - "Makkabi" görüşü avqustun 1-də Masazırda, “Bank Respublika Arena”da keçiriləcək və oyuna 20:00-da start veriləcək. "Sabah" ilk oyunu Macarıstanda 3:0 məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti