COP29

“Sabah”a məğlubiyyət bizə dərs olsun, cəsarətli və kəskin deyildik”

26 İyul 13:20 Sabah 1 415
“Sabah”a məğlubiyyət bizə dərs olsun, cəsarətli və kəskin deyildik”

Sportinfo.az xəbər verir ki, "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a uduzduqları ilk oyunu şərh edib.

Matçdan sonra keçirilən mətbuat konfransında 44 yaşlı mütəxəssis deyib ki, ilk görüşdə 0:3 hesablı məğlubiyyət yaxşı hal deyil.

"Biz hücumda kifayət qədər cəsarətli və kəskin deyildik. Biz yaxşı oynamadıq. Bu məğlubiyyət bizə dərs olmalı və gələn həftə daha yaxşı oynamalıyıq" - deyə B.Bahar bildirib.

O, daha sonra deyib: "Əgər sən 0:3 hesabı ilə uduzursansa, deməli, hər şey qaydasında deyil.

Düzdür, mövsümün əvvəlidir. Amma bu gün çox uğursuz olduq.

Düşündük ki, Dia və Kinda oyunumuza dinamizm qatacaq. Amma daha iki qol buraxdıq. Biz ümumiyətlə, heç oyuna girə bilmədik. Nə etdiksə, bir işə yaramadı".

"Makkabi"nin baş məşqçisi "Sabah" barədə də fikirlərini bildirib.

"Biz bilirdik ki, rəqibimiz yaxşı komandadır, yaxşı oyunçuları var və bizə asan olmayacaq. Məlum məsələdir ki, heyətimizə daha çox oyuncu cəlb edilməlidir və biz güclənməliyik.

Amma bu, bəhanə deyil. 3:0 hesabı ilə uduzmaq olmazdı, bunu bilirik.

Nə olursa olsun, fərqi yoxdur. İndi reallığa baxmalıyıq. Hər şeyin mümkün olduğuna inanmalıyıq” - deyə o qeyd edib.

Baş məşqçi bildirib ki, komandası keyfiyyətli oyun göstərə bilməyib:

"Dəyişikliklər də nəticə vermədi və bu müddətdə iki qol buraxdıq. Biz rəqibin təhlükəli olduğunu bilirdik və onların qarşısını ala bilmədik.

Cavab oyununa qədər gücümüzü toparlamağa çalışacağıq. Baxmayaraq ki, bu, çox çətin olacaq.

Amma mən komandama inanıram. İkinci oyundan sonra vəziyyəti dəyişə bilərik”.

"sabah"la "Makkabi" arasında cavab oyunu avsustun 1-i Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?