COP29

“Xəzər Lənkəran” və “Neftçi”ni biabır edənlər - “Sabah” bu ləkəni təmizləyə biləcək?

24 İyul 20:40 Sabah 4 087
“Xəzər Lənkəran” və “Neftçi”ni biabır edənlər - “Sabah” bu ləkəni təmizləyə biləcək?

Avrokuboklarda Azərbaycan klublarının bəxtinə hər dəfə İsrail təmsilçiləri düşəndə ürəyimiz ağzımıza gəlir.

Xüsusən də Hayfa “Makkabi”si.

İndiyə qədər bizimkilər bir neçə dəfə bu komandayla qarşılaşsa da, yalnız bir halda üstün ola bilmişik. O da ötən əsrin sonlarına təsadüf edir. "Qarabağ" İntertoto Kubokunda Hayfa "Makkabi"sini iki oyunun yekununda məğlub edə bilib (2:1, 0:1)

Vaxtilə ölkəmizin imkanlı, adlı-sanlı klublarından olan “Xəzər Lənkəran”ın isə avrokubok tarixindəki ən ağır məğlubiyyəti məhz Hayfa təmsilçisinin adı ilə bağldır.

Avropa Liqasının 2013/14 mövsümünün ikinci təsnifat mərhələsində İsraildə rəqibinə 0:8 hesabı ilə uduzan cənublular doğma azarkeşləri önündə 0:2 hesabı ilə məğlub olmuşdu.

İllər sonra “Neftçi” də bu komandaya darmadğın olmaqla yadda qaldı.

2021/22 mövsümündə Konfrans Liqasının pley-off mərhələsinə qədər irəliləyən “ağ-qaralar” “Makkabi” ilə münasibətlərinə aydınlıq gətirməliydi.

Bakıdakı ilk qarşılaşma 3:3 hesabı ilə başa çatanda bir xeyli ümidlənsəkdə, Hayfadakı cavab görüşündə meydan sahibləri bakılıların daşını daş üstə qoymamaqla qrup mərhələsinə vəsiqəyə imkan verməmişdi – 4:0.

Təmsilçilərimiz “Makkabi Hayfa” ilə keçirdikləri 4 oyunun heç birində rəqibini məğlub edə bilməyib. Və hər iki halda mərhələ adlayan tərəf onlar olub. Top fərqi isə biabırçıdır: 3-17.

Ötən mövsüm əzmkarlıq sayəsində bürünc medalları qazanan “Sabah”a ümid böyükdür.

Krunoslav Renduliçin təcrübəsi, üstəgəl, ayrı-ayrı futbolçuların keyfiyyəti mərhələnin keçilməsinə, həm də Azərbaycan futbolunun üzərindəki “Makkabi” ləkəsinin təmizlənməsinə töhfə verə bilər.

Bir vacib amili də unutmayaq. “Ağ-yaşıllar” rəqibini İsraildə yox, Macarıstanda qəbul edəcək. Bunun özü də “tələbələr”in xeyrinə işləyən vacib məqamdır.

İyulun 25-də Kişvarda şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?