COP29

“Bizə daha çox oyunçu lazımdır - “Sabah”a yaxşı yanaşmadıq”

27 İyul 02:30 Sabah 760
“Bizə daha çox oyunçu lazımdır - “Sabah”a yaxşı yanaşmadıq”

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun “Sabah”a qarşı Macarıstanda Kişvarda şəhərində keçirilmiş (0:3) oyunundakı məğlubiyyəti şərh edib.

Sportinfo.az “ynet”ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yaxşı oynamadıqlarını bildirib:

“İlk görüşdə 0:3 hesabı ilə uduzursansa, bu, yaxşı deyil. Oyuna yaxşı başlaya bildik, yaxşı, kəskin hərəkət etdik və kifayət qədər cəsarətlə irəlilədik.

Ancaq son ötürmələrimizdə dəqiq olmadıq. Buraxdığımız 3 qoldan ikisi əks-hücumlardan vuruldu.

Göründüyü kimi, bu matça elə də yaxşı yanaşmadıq. Gələn həftə mübarizə aparmalı və nəticəni öz xeyrimizə çevirməli olacağıq.

Bunlardan dərs çıxarmağı bacarmalıyıq və indi özümüzü toparlayıb cavab matçına daha yaxşı yanaşmalı olacağıq. Meydanda etdiyimiz hər şey alınmadı.

“Sabah”ın çoxlu yaxşı oyunçuları var və biz bunu bilirdik. Aydındır ki, bizə daha çox oyunçu lazımdır, lakin bu, bəhanə deyil.

Gələn həftə yaxşı nəticə əldə etməyə çalışacağıq və hər şeyin mümkün olduğuna inanacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?