COP29

Bu baş məşqçi Azərbaycan klubuna lazımdırmı? - VİDEO

16 Avqust 16:00 Sabah 4 298
Bu baş məşqçi Azərbaycan klubuna lazımdırmı? - VİDEO

“Həqiqətən, bir ay içərisində bu komandaya nə olub, bəlli deyil.

Sanki tamam başqa “Sabah”dır.

Krunoslav Renduliç bəhanələri kənara qoyaraq, komandasında nələr olduğunu açıqlamalıdır.

Bəhanələrə sığınmamalı, azarkeşləri aldatmamalıdır.

Onun söylədiyi nağıllara ancaq özü inana bilər. Xorvatiyalı bir sözlə, sinifdə qaldı”.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Sabah" - "Sent Patriks" qarşılaşması (0:1) barədə danışarkən Elçin Cəfərov Masazır klubunda cərəyan edən proseslərə toxunub.

Qeyd edib ki, 1 ay ərzində burada ciddi problemlərin olması sezilir:

“Pley-offa yüksəlmək üçün bundan rahat rəqib ola bilməzdi. 90 dəqiqə ərzində qapıya normal zərbə endirilmədi.

İki oyunda ardıcıl qırmızı vərəqlərin hesabatı verilməlidir. Tribunalara dəstəyə gələn azarkeşlərdən utansınlar”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…