COP29

“Sabah”ın azarkeşləri buna hazır olsun – Gələnlər var

15 Avqust 17:40 Sabah 1 016
“Sabah”ın azarkeşləri buna hazır olsun – Gələnlər var

Konfrans Liqasındakı təmsilçimiz “Sabah” növbəti oyuna hazırlaşır.

“Tələbələr” sözügedən turnirin 3-cü mərhələsində “Sent Patriks”lə üz-üzə gələcək.

Öncəki turda doğma meydanda möhtəşəm azarkeş dəstəyi sayəsində “Makkabi Hayfa” səddini aşan təmsilçimiz bu dəfə irlandları mübarizədən kənarlaşdırmaq istəyir.

“Əlincə Arena”da inanılmaz ab-havanın olacağı şübhə doğurmur. Lakin “Sent Patriks”də dəstəksiz qalmayacaq.

Britaniyadan Masazıra 20-yə yaxın fanat təşrif buyuracaq. Bununla bağlı qarşı tərəfdən “Sabah”a müraciət olunub.

Çalğınlıqları ilə dünyaya səs salan irland fanatlar 90, bəlkə də 120 dəqiqə susmaq bilməyəcək. “Sabah”ın azarkeşləri rəqibin səsini batırmaq üçün “Makkabi” ilə oyundan fərqli olaraq bu dəfə daha hazırlıqlı və fəal olmalıdır.

Ötən həftə İrlandiyada baş tutan oyunda “Sent Patriks” 1:0 hesabı ilə qələbə qazanıb.

Bu gün gerçəkləşəcək cavab dueli saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…