COP29

“Qəbələ”dən ayrıldığım üçün peşman oldum” - “Sabah”ın yeni transferi

8 İyul 01:50 Sabah 2 498
“Qəbələ”dən ayrıldığım üçün peşman oldum”  - “Sabah”ın yeni transferi

Xorvatiyanın “Slaven Belupo” klubunun müdafiəçisi Vinko Medimoreç sportal.az-a müsahibə verib.

2020-2021-ci illərdə “Qəbələ”nin formasını geyinmiş xorvatiyalı sabiq komandasından danışıb.

Bununla yanaşı, o, “Slaven Belupo”nu tərk edərək “Sabah”a keçən İvan Lepinitsa haqda da fikirlərini bildirib.

- Xorvatiyada işlər necə gedir? Ötən mövsüm, son turlarda yüksək liqada qalmağı bacardınız...

- Bəli, yüksək liqada qala bildik. Amma biz təhlükəli vəziyyətdə deyildik. Çünki sonuncu yerdəki komanda bizdən çox geridə idi. Aramızda xal fərqi az deyildi. Düzdür, 9-cu yerdən qərarlaşmağımızdan da razı qalmadıq. Amma ümid edirik ki, bu mövsüm daha yaxşı olacaq.

- Komandanız demək olar ki, zəifləyib? Çünki komandadan çoxlu futbolçu getdi. Onların arasında İvan Lepinitsa da var. İvanın ayrılması “Slaven Belupo” üçün mənfi haldır?

- Bəli, Lepinitsa bizim vacib oyunçumuz idi. Biz onun üçün çox darıxacağıq. O, həqiqətən də yaxşı futbolçudur. Ən əsası isə yaxşı oğlandır. Şübhəsiz ki, növbəti mövsümdə “Sabah”a çox köməyi dəyəcək.

- Ona Azərbaycan Premyer Liqası haqda danışdın? Səndən nəsə soruşdu?

- Bəli, İvan “Sabah”a keçməmişdən qabaq onunla bir az Azərbaycan futbolundan danışdıq. Mən ona liqa şəhər haqqında yaxşı olan hər şeyi söylədim. O, indi “Sabah” kimi çox yaxşı klubdadır. Şübhəsiz ki, bu, İvanın karyerasında irəliyə atılmışdı addımdır.

- Bəs sənin özünə necə, Azərbaycan Premyer Liqası klublarından təkliflər var?

- Xeyr, bu yay Azərbaycan klublarının heç birindən təklif almamışam. Amma təklif gəlsə, Azərbaycana qayıtmaq istərdim. Çünki orada yaxşı xatirələrim və yaxşı təcrübəm var.

- İvanın “Sabah”dakı karyerasının uğurlu olacağını düşünürsən? Onun müsbət və mənfi cəhətləri nələrdir?

- Əminəm ki, uğurlu olacaq. “Sabah” həqiqətən də yaxşı klubdur. Xüsusən də son bir neçə mövsümdür ki, belədir. Bu, onun karyerasında irəliyə addımdır. Keçən mövsüm burada oynadığı kimi oynamağa davam etsə, “Sabah” üçün vacib oyunçuya çevriləcək. O, deyə biləcəyim ən yaxşılardan biridir.

- “Sabah”ın baş məşqçisi də xorvatiyalıdır. Krunoslav Renduliç haqqında nə düşünürsən? Komandanı Konfrans Liqasının qrup mərhələsinə çıxara biləcək?

- Mən onu şəxsən tanımıram. Amma onun haqqında yaxşı şeylər eşitmişəm. Xorvatiyalı məşqçilər həqiqətən yaxşıdır. Əminəm ki, “Sabah” Konfrans Liqasının qrup mərhələsinə düşə bilər.

- Maraqlıdır, vaxtı ilə “Qəbələ”ni niyə tərk etmişdin? Qalmaq ehtimalın var idi?

- Müqaviləm bitdiyi üçün ayrıldım. “Qəbələ”dən ayrıldığım üçün peşman oldum. Çünki əvvəldə dediyim kimi, orada həqiqətən də gözəl xatirələrim var. Özümü evdəki kimi hiss edirdim. Məşqçilər korpusu və ümumi personal yaxşı idi. Bütün uşaqlar da, həmçinin. Klubda hər şey yaxşı idi. Hərdən bu yaxşı vaxtları xatırlayıram.

- “Qəbələ”nin bu mövsüm Premyer Liqada sonuncu yeri tutduğunu və aşağı liqaya düşdüyünü bilirsən?

- Bəli. Təəssüf ki, belə oldu. Bunun baş verməsinə görə çox kədərlənirəm. Mən oyunlara hər zaman baxmasam da, hər həftə sonu nəticələri izləyirdim və “Qəbələ”nin böyük azarkeşi idim. Çox təəssüf edirəm ki, onların başına belə hadisə gəldi. Amma arzu edirəm ki, növbəti mövsümdə çempion olarlar və yenidən Premyer Liqaya yüksələrlər. Çünki “Qəbələ” kimi klubun Premyer Liqada olmağa, nəinki orada, həm də turnir cədvəlinin zirvəsində qərarlaşama layiqdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə