COP29

“Neftçi” ilə müqaviləsini ləğv edən Qara 3 seçim qarşısında

13:00 Sabah 3 494
“Neftçi” ilə müqaviləsini ləğv edən Qara 3 seçim qarşısında

Bu gün “Neftçi”dən ayrılan Qara Qarayev, böyük ehtimalla, karyerasını başa vurmayacaq.

32 yaşlı yarımmüdafiəçi ilə 3 klub maraqlanır.

Bunlar “Sabah”, “Turan Tovuz” və “Səbail”dir.

Millinin sabiq üzvünün anlaşmağa yaxın olduğu ən real variant Masazır təmsilçisidir.

“Bayquşlar” hələ ötən ilin yayında – o, “Neftçi”yə keçməmişdən öncə bu transferdə çox maraqlı idi. Fəqət, “Qarabağ”la vidalaşan Qara “Sabah”ın çoxsaylı çağırışlarına inanmadı, əks tərəfə üz tutdu.

“Neftçi” onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. İşbirliyinin dayandırıması hansı şərt əsasında gerçəkləşib?

Paytaxt təmsilçisi bunun üçün təzminat ödəməyə razılaşıb. Qarayevə 6 aylıq maaşı həcmində kompensasiya verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi.

O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi. Qara avqustdan bəri “dubl”u komanda olaraq meydana çıxarırdı.

Yığmanın keçmiş üzvü bura Emin Mahmudovun sözüylə gəlmişdi. İllik 300 min dollar civarında müqaviləyə imza atmışdı.

“Neftçi” Premyer Liqada 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti