«Sabah»ın yeni baş məşqçisi Vasili Berezutski «islahat düyməsi»ni basıb.
Rusiyalı çalışdırıcı bununla bağlı raport hazırlayıb.
Onun «qara siyahı»sında bir neçə nəfər yer alıb. Sofian Çakla da burada öz adını görə bilər.
İspaniya pasportu daşıyan mərakeşli Berezutskinin gələn ilə aid planlarından kənarda qalıb. Çalışdırıcı əsas heyətə düşməyən 31 yaşlı müdafiəçinin transferə çıxarılmasını istəyib.
2023-cü ilin iyununda 2 illik müqaviləyə imza atan ərəb legionerin sözləşməsinin qüvvədən düşməsinə 6 ay qalıb.
Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib.
O, Mərakeş millisində 4 oyun keçirib.
SPORTİNFO.AZ