COP29

Rusiyalı baş məşqçi Premyer Liqa klubu ilə necə anlaşdı?

16:00 Sabah 1 722
Rusiyalı baş məşqçi Premyer Liqa klubu ilə necə anlaşdı?

Vasili Berezutskinin «Sabah»ın baş məşqçisi olacağını xəbər vermişik (https://www.sportinfo.az/idman_xeberleri/sabah/101183.html).

Krunosləv Renduliçlə yollarını ayıran Masazır klubu onunla anlaşıb.

Artıq onunla bağlanacaq müqavilənin müddəti də məlumdur.

Rusiyalı çalışdıcı 2026-cı ilin yayınadək sükan arxasında dayanacaq. Bu müddətdə göstərdiyi fəaliyyət rəhbərliyi qane edərsə, sözləşməsi daha 1 il uzadılacaq.

42 yaşlı mütəxəssis Azərbaycandan aldığı təklif səbəbindən bu gün Çindən ayrılıb. O, burada "Şanxay Şenxua"nı çalışdıran həmyerlisi Leonid Slutskinin köməkçisi idi.

Daha öncə SSKA-da (Moskva) Viktor Qonçarenko və Aleksey Berezutskinin, eləcə də "Krasnodar"da birincinin yardımçısı vəzifəsini tutmuş
Rusiya yığmasının sabiq müdafiəçisinin bir qədər sonra ölkəmizə təşrif buyurması gözlənilir.

"Sabah" bu mövsüm Premyer Liqada keçirdiyi 14 oyundan yalnız 4-də qələbə qazanıb, 7 heç-heçə edib, 3 görüşdə isə uduzub. «Bayquşlar» hazırda turnir cədvəlində 19 xalla 5-ci yeri tutur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti