Krunoslav Renduliçlə yollarını ayıran «Sabah»ı bundan sonra kimin çalışdıracağı məlumdur.
Masazır klubu yenə əcnəbi mütəxəssisə qapı açıb.
Belə ki, «bayquşlar» Vasili Berezutski ilə anlaşıb.
42 yaşlı rusiyalı Azərbaycandan aldığı təklif səbəbindən bu gün Çindən ayrılıb. O, burada "Şanxay Şenxua"nı çalışdıran həmyerlisi Leonid Slutskinin köməkçisi idi.
Daha öncə SSKA-da (Moskva) Viktor Qonçarenko və Aleksey Berezutskinin, eləcə də "Krasnodar"da birincinin yardımçısı vəzifəsini tutmuş
Rusiya yığmasının sabiq müdafiəçisinin bir qədər sonra ölkəmizə təşrif buyurması gözlənilir.
"Sabah" bu mövsüm Premyer Liqada keçirdiyi 14 oyundan yalnız 4-də qələbə qazanıb, 7 heç-heçə edib, 3 görüşdə isə uduzub. «Bayquşlar» hazırda turnir cədvəlində 19 xalla 5-ci yeri tutur.
SPORTİNFO.AZ