“Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.
Bu, bizim üçün qətiyyən təccüblü olmadı.
Klubun rəsmi saytı Sportinfo.az-ın noyabrın 13-də yaydığı xəbəri az öncə rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/207983.html).
Bildirilib ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Renduliçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Renduliç 2024-cü ilin martında "Sabah"a baş məşqçi təyin edilmişdi.
"Sabah" bu mövsüm onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 14 oyundan yalnız 4-də qələbə qazanıb, 7 heç-heçə edib, 3 görüşdə isə uduzub.
«Bayquşlar» hazırda turnir cədvəlində 19 xalla 5-ci yeri tutur.