Region Liqasına hazırlıq prosesini davam etdirən "Xankəndi" növbəti yoldaşlıq oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, debütant Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada I Liqanın lideri olan "Karvan"ın önünə çıxıb.
Əzmkar mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada komandalar qapılara hərəyə bir qol vurub. Beləliklə də oyunda qalib müəyyənləşməyib.
Qonaqlardan 8-ci dəqiqədə fərqlənən Sabir Allahquliyevin qoluna 68-ci dəqiqədə Bəhruz Teymurov cavab verib.
“Xankəndi” növbəti yoldaşlıq görüşünü ll Liqa təmsilçisi “Şəfa” ilə keçirəcək.