COP29

Başqaları qaçırdı, bir Musa Qurbanlıdan savayı… VİDEO

8 İyun 08:50 Region Liqası 1 044
Başqaları qaçırdı, bir Musa Qurbanlıdan savayı… VİDEO

Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

“Haladas SportKomplexum”dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb.

7 dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 90-cı dəqiqədə Musa Qurbanlı imza atıb.

Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?