2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın rəqibləri bəlli olub.
Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq Xaçmaz komandası B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.
Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
“Şimal” 2023/2024 mövsümündə AFFA Region Liqasının qalibi olub.