
Avropa çempionatının I seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycanın çimərlik futbolu millisinin heyətinə yeni futbolçu cəlb olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.
"Region Liqasında mübarizə aparan "Xankəndi" klubundan gənc Coşqun Qorçiyevi dəvət etmişik. Ötənilki heyətin 95 faizi qalır.
Üzərində çalışırıq, yeni futbolçular axtarışındayıq. Məqsədimiz milliyə gənc futbolçular dəvət etməkdir.
Heyəti gəncləşdirmək istəyirik. Lakin hər kəs çimərlik futbolu oynaya bilmir deyə, yeni futbolçular axtarmağa davam edirik", - deyə mütəxəssis bildirib.
Milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.