AFFA finalı “Xəzər Lənkəran”ın stadionunda keçirəcək?

25 Aprel 23:00 Region Liqası 833
AFFA finalı “Xəzər Lənkəran”ın stadionunda keçirəcək?

Region Liqasının final oyununun yeri qarşıdakı günlərdə dəqiqləşəcək.

AFFA hələlik üç variant üzərində dayanıb - Şamaxı, Qəbələ və Lənkəran.

Şamaxı son iki ildə bu yarışın həlledici matçına ev sahibliyi etdiyindən, bu dəfə üstünlüyün Qəbələyə verilməsi gözləniləndir.

Çünki vaxtilə «Xəzər Lənkəran»ın ev oyunlarını keçirdiyi arena uzun illər baxımsız vəziyyətdə qaldığından, federasiyanın cənub bölgəsinə üz tutması az inandırıcıdır.

Bugünlərdə Region Liqasının pley-off mərhələsinin püşkü atılıb. 1/8 final bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.

Finalın isə mayın ortasında təşkil edilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!