"Bunlara etiraz etdiyimə görə, məni kənarlaşdırdılar"

01:50 Region Liqası 203
"Bunlara etiraz etdiyimə görə, məni kənarlaşdırdılar"

“Hakimlərin iki oyundur bizə qarşı etinasız münasibəti məni təngə gətirdiyi üçün etirazı etmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə “Masallı” futbol klubunun rəhbəri Mirələm Həşimov deyib.

O, AFFA-nın İntizam Komitəsi tərəfindən 2 matçlıq diskvalifikasiya olunmasına münasibət bildirib. Həşimov haqqında verilən qərarı ədalətsiz hesab edir:

“Oyun bir topla idarə edilirdi. Halbuki hər iki qapının arxasında əlavə top olmalı idi. Bunu dəfələrlə hakimlərə bildirməyimə baxmayaraq, heç bir dəyişiklik olmadı. Bu matçda komandanın udub-uduzmağının heç bir önəmi yox idi. Hər iki halda biz qrupdan çıxırdıq. 2020-ci ildən futbol üçün bu qədər əziyyət çəkən, heç bir təhqirə yol vermədən, sadəcə sözlə etiraz edən bir adama bu cəzanı verdikləri üçün Hakimlər Komitəsinə təşəkkür edirəm. Matçda baş verənlərin videosunu çəkib, onlara göndərmişdim. Əgər o videonu görəndən sonra da qərarı dəyişməyiblərsə, mənim daha deyəcək sözüm yoxdur”.

Klub rəhbəri matçda hakim idarəçiliyinin aşağı səviyyədə olduğunu deyib:

“Rəqibin azarkeşləri stadiondan kənarda səsgücləndirici qoymuşdular. Bu cür dəstək qanunlara ziddir. Mən də bununla bağlı yan hakimə etirazımı bildirdim. “Biləsuvar” komandası ilə oynayanda da bu hal baş vermişdi. Bu, düzgün idarəetmənin olmadığından xəbər verir. Ümumiyyətlə, bizim son iki oyunun hakimləri uşaq liqalarının hakimləridir və böyüklərin liqalarından anlayışları yoxdur. Hakim oyunu saxlamalı, səsgücləndiricinin səsini aldıqdan sonra oyunu davam etdirməli idi. Üstəlik, oyunda üç top yoxdursa, matç keçirilə bilməz. Bunlara etiraz etdiyimə görə, məni kənarlaşdırdılar. Oyundan dərhal sonra rəsmi şəkildə qırmızı vərəqəyə etiraz etsəm də, bir faydası olmadı”.

Region Liqasında keçirilən “Zəfər 44” – “Masallı” qarşılaşmanın 88-ci dəqiqəsində hakimə şiddətli etiraz edən Mirələm Həşimovu AFFA-nın İntizam Komitəsi cəzalandırıb. O, 2 matçlıq diskvalifikasiya edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"