Azərbaycanda futbolçu 1 oyunda 13 qol vurdu - FOTO

9 Aprel 01:50 Region Liqası 2 211
Azərbaycanda futbolçu 1 oyunda 13 qol vurdu - FOTO

Region Liqasında qeyri-adi nəticə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, V turda baş verib.

D qrupunun “Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşü “qol yağışı”na çevrilib. Şirvan təmsilçisi qonaqların qapısından 18 cavabsız qol keçirib. Cavid Nəcizadə bu matçda 13 qola imza atıb.

Bu nəticə mövsümün yeni rekordudur. Meydan sahibləri orta hesabla hər 5 dəqiqədən bir qol sevinci yaşayıblar.

4 oyunda 9 xal toplayan “Şirvan OİK” qrupda ikinci, 3 xala malik “Ərgünəş” altıncı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti