Region Liqasında çıxış edən 3 futbolçuya ağır cəza verildi

4 Aprel 08:30 Region Liqası 836
Region Liqasında çıxış edən 3 futbolçuya ağır cəza verildi

AFFA Region Liqasında çıxış edən 3 futbolçuya 4 oyunluq cəza verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Martın 29-da baş tutan “Ərgünəş” - “Hacıqabul” matçı bitdikdən sonra qonaqların futbolçusu Musa Abdullayev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalanıb.

“Xanlıq”ın üzvü Elşad Hacıyev “Cəngi” ilə görüşün 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq diskvalifikasiya edilib.

Həmçinin “Mil” - “Lokomotiv” görüşündə qonaqların futbolçusu Hüseyn Əliyev qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 18:10 Çək və bizə göndər!
10 Aprel 17:20 "Bunu bəhanə etmirik"
10 Aprel 11:00 Burada özünə yer et!
10 Aprel 04:00 Ayşən yenidən finalda
April
2025
SunMonTueWedThuFriSat