
Region Liqasında maraqlı hadisə baş verib.
II Liqala mübarizə aparan «Şəfa»nın prezidenti Sərdar Salmanzadə həvəskarların çempionatında meydana çıxır və….
O, ilk iki turda artıq 4 qol vurmağı bacarıb.
Hücumçu mövqeyində özünü sınayan başqan hazırda Vüqar Əşrəfli və Ranar Aşurbəyovdan sonra liqanın ən yaxşı qoluçusudur.
Salmanzadə yarışın I qrupunda çıxış edən ATİDEL-in formasını geyinir. Niyə məhz ATİDEL?
Belə demək olarsa, onlar «Şəfa»nın farmklubudur.
ATİDEL yeni sezona əla başlayıb. Kollektiv ilk turda «Ramana»nı 5:0, ardınca «Record»u 1:0 üstələyib.
S.Salmanzadə keçmiş futbolçudur. Vaxtilə onun özü də «Şəfa»nın şərəfini qoruyub.
Klubun akademiyasında top arxasınca qaçıb, daha sonra əsas komandaya dəvət alıb. Fəqət, güclülər dəstəsində oynamaq ona nəsib olmayıb.
SPORTİNFO.AZ