5 ay gözlədilər, sayı 50-ni keçdi, məbləğ 500-ə yaxınlaşdı

5 Mart 22:20 Region Liqası 1 040
5 ay gözlədilər, sayı 50-ni keçdi, məbləğ 500-ə yaxınlaşdı

Region Liqasında yeni mövsümün püşkü atılıb.

Ötən ilin oktyabrında başlamalı olan, startı 5 ay gecikən çempionat bu həftəsionu başlayacaq.

Liqanın oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub.

Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonlarında yekun vurulacaq.

İştirakçılar ötən illərdə olduğu kimi, yenə AFFA-dan dəstək alacaq. Federasiya 1-2 həftə içində onları inventarla (top və geyim dəstləri) ilə təmin edəcək.

Oyunbaşı ödəmə? Bəli, bu da qüvvədədir.

AFFA ötən iki sezondakı kimi komandalara həftəlik vəsait ayıracaq. Əgər keçən illərdə bu məbləğ 300 manat təşkil edirdisə, artıq həmin rəqəm 500 manata yaxındır.

Sadəcə, yarışmaçılar ev oyunları zamanı həmin pulun bir hissəsini təcili tibbi yardımın stadiona çağrılmasına xərcləməli olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti