
Uzun fasilədən sonra Region Liqasında yeni mövsümün nə vaxt start götürəcəyi dəqiqləşib.
Martın 4-də püşk atılacaq. Tədbir saat 14:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
İlk oyunlar martın 8-9-da keçiriləcək. Yarışda 55 komanda mübarizə aparacaq.
Bu isə rekord göstəricidir. 2018-ci ildən - liqanın təşkilinə başlandığı vaxtdan bəri hələ bu qədər iştirakçı bir araya gəlməyib.
Onlar zonalar üzrə 8 qrupa bölünəcək. Bakı-Şimal bölgəsində 3 qrup olacaq və burada 22 kollektiv yarışacaq.
Mərkəz regionu iki qrupa ayrılacaq (13 komanda). Şimal-Qərb tərəfdə 12 iştirakçı iki qrupda qüvvəsini sınayacaq. Cənub bölgəsində isə 8 yarışmaçı görəcəyik.
Şimal-Qərb və Qərb zonasında «Qax» FK, «Naftalan» FK, «Xocalı» PFK, «Tərtər» FK və «Kürmük Qax» (ötən mövsüm II Lqada oynayıb) bu mövsümdən Region Liqasında iştirak edəcək.
Mərkəz zonasında «Sabirabad», «Avşar» FK, «Xankəndi» FK, «Şirvan» FK, «Şirvan» OİK, «Lokomotiv» (İmişli), «Bahar» FK ilk dəfə çempionatda varlıq göstərəcək.
Cənub zonasında «Salyan» OİK liqada debüt mövsümünü keçirəcək.
Paytaxt və Şimal zonasına gəlincə, burada yeni yaranmış «Qaradağ» (Şıxlar), «Xudat City» FA, «Topçular» FK, ATİDEL, «Bayıl Rovers», «Əmirli», «İnşaatçı» PİK, «Balaxanı» və «Cəngi» FK çıxış edəcək.
SPORTİNFO.AZ