.jpg)
"Xankəndi" komandası çarəsiz duruma düşüb.
Buna səbəb Region Liqasının başlamağa tarixinin gecikməsidir.
Bu yarışın iştirakçıları adətən yarışdan bir neçə həftə əvvəl bir araya gəlir.
Qarabağ təmsilçisi də ötən ildən bir araya gəlib. Hədəfi çempionluq olan bölgə təmsilçisində işə daha peşəkar yanaşma var.
Türkiyəli mütəxəssis İbrahim Uzuncanın rəhbərliyi altında intensiv məşqlər, yoxlama görüşləri keçirilir. Təbii ki, bütün bunlar böyük xərc tələb edir.
Klub rəhbərliyi düşünürdü ki, ötən ilin sonları yarış start götürəcək.
Artıq fevral ayının sonuna gəlirik, amma hələ də həvəskar komandaların iştirak etdiyi çempionatın taleyindən xəbər yoxdur.
XANOĞLAN / SPORTİNFO.AZ