COP29

AFFA bu klubların əlində qaldı - Pul tapa bilməyən kim, zəmanət ala bilməyən kim!

27 Dekabr 11:40 Region Liqası 814
AFFA bu klubların əlində qaldı - Pul tapa bilməyən kim, zəmanət ala bilməyən kim!

Region Liqasının növbəti mövsümünün startı yenidən təxirə salınıb.

AFFA bu barədə qərar verib.

Çempionat böyük ehtimalla fevralın 2-də başlayacaq.

Qarşıdakı sezonda 56 komandanın iştirakı nəzərdə tutulub. Bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alınıb.

Ümumilikdə 56 komandanın 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə mübarizə aparması planlaşdırılıb.

Liqa iyun ayının sonunadək davam edəcək. Adətən, hər ilin oktyabr ayında start götürən marafonun indi belə gecikməsi müxtəlif amillərlə bağlıdır.

Qeydiyyatdan keçən komandaların əksəriyəti stadion problemi ilə üzləşib. Bu. əngəllərdən yalnız biridir.

Turnirə qatılmaq haqqı qazananların bir qismi hələ maliyyə tapa bilməyib. Bəziləri isə yerli icra strukturlarından zəmanət məktubu almaqda çətinliklə üzləşib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 11:00 Burada öz yerini seç!
27 Dekabr 03:30 “Ondan təklif aldım”
27 Dekabr 03:20 Meydana çıxmadılar