Azərbaycanda daha bir yeni futbol klubu qeydiyyata alınıb.
«Digah» AFFA-nın bayrağı altında keçirilən çempionatda iştirak hüququ əldə edib.
Bakıətrafı qəsəbə təmsilçisi Region Liqasının növbəti yarışmaçıları siyahısında yer alıb. Debütant paytaxt-şimal zonasında mübarizə aparacaq.
Region Liqası qarşıdakı günlərdə start götürəcək. Turnirdə 55 komanda qüvvəsini sınayacaq.
Liqanın coğrafiyası bütün bölgələri əhatə edir. Bir Naxçıvandan savayı.
Buna səbəb yerli federasiyasının Müxtar Respublika üzrə daxili çempionatının təşkilindən imtina eləməsidir.
SPORTİNFO.AZ