Region Liqasının debütantı “Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, klub "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimlini transfer edib.
22 yaşlı yarımmüdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb.
Rəhimli Azərbaycanın U-16, U-17 və U-19 yığmalarına da çağırılıb.