Region Liqasının yeni mövsümünə qeydiyyat başa çatıb.
Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, çempionat dekabrın ilk yarısında start götürəcək.
Əsas diqqətçəkən məqam iştirakçı sayı ilə bağlıdır. Belə ki, federasiya ötən sezonlarla müqayisədə yarışmanın coğrafiyasını bir qədər də genişləndirib.
Liqada nə az, nə çox, 55 komanda mübarizə aparacaq.
Naxçıvan turnirdə təmsil olunmayacaq. Səbəb yerli federasiyanın Muxtar Respublikanın daxili birinciliyinin təşkilindən imtina etməsidir.
NFF maliyyə çatışmazlığını əsas gətirərək, ardıcıl ikinci il Naxçıvan çempionatını keçirməyəcək.
Reqlamentə gəlincə, təşkilatçılar hansısa dəyişiklik etməyə lüzum görməyib. Kollektivlər öncə zonalar üzrə bölünəcək, qruplarda ilk pillələri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaq.
SPORTİNFO.AZ