"Xankəndi" növbəti transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev Sumqayıt futbol məktəbinin yetirməsidir və karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli"də forma geyinib.