Rugion Liqasında növbəti mövsümə dekabrda start veriləcək.
Bu haqda AFFA-dan saytımıza bildirilib.
Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, çempionatın gələn ayın ilk həftəsində başlaması planlaşdırılıb.
O da qeyd olunub ki, yarışda 40-dan artıq komandanın işirakı gözlənilir.
Ötən il olduğu kimi, bu mövsüm də Naxçıvanın liqada təmsilçisini görməyəcəyil. Buna səbəb yerli federasiyanın Muxtar Respublikada birinciliyin təşkilindən imtina etməsidir.
SPORTİNFO.AZ