Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını Region Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan"a keçib.
Budaq Nəsirov ötən mövsümə “Turan Tovuz”da başlayıb. Komanda yoldaşını vurduğu üçün düşərgədən uzaqlaşdırılıb və 2024-cü ilə I Liqada - “Karvan”da başlayıb.
O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib.
Lissabon klubu 2016-ci ildə 4 illik müqavilə imzaladığı Budağa 60 milyon avro qiymət qoyub.
Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.