COP29

AFFA fəaliyyətini bərpa edən klubun çempionatda iştirakına İCAZƏ VERMƏDİ

16:00 Region Liqası 665
AFFA fəaliyyətini bərpa edən klubun çempionatda iştirakına İCAZƏ VERMƏDİ

İki ildən sonra fəaliyyətini bərpa edən «Ağsu Siti» Region Liqasının yeni mövsümündə mübarizə aparmayacaq.

Bu, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevlə klubun prezidenti Rəmzi Eminlinin görüşündə dəqiqləşib.

Federasiya rəsmisi qarşı tərəflə söhbəti zamanı bəzi problemləri önə çəkib.

O. klubun vaxtilə çempionatı yarımçıq tərk etməsini, həmçinin stadionla bağlı məsələni xatırladaraq, növbəti çempionatda iştirakın mümkün olmadığını bildirib.

Bununla belə, Hacıyev liqanın qapılarını Aran təmsilçisinin üzünə tam bağlamayıb.

İcraçı vitse-prezidenti qeyd edib ki, «Ağsu Siti» 2025/26-cı il mövsümündən iştirakçılar sırasına qoşulmaq imkanı müzakirəyə çıxarılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?