COP29

Regionda yeni yaranan klub çempionatda iştirak üçün AFFA-ya müraciət etdi

23 Avqust 11:00 Region Liqası 3 844
Regionda yeni yaranan klub çempionatda iştirak üçün AFFA-ya müraciət etdi

Region Liqasının 2024/2025-ci illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilib.

Liqaya qoşulmaq istəyən yeni komandalar oktyabrın 1-dək liqalar@affa.az elektron ünvanına müraciət edə bilərlər.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdə çempionatda iştirak etmək istəyən kollektivlərdən biri də "Şirvan" FK-dır.

Yeni yaradılmış komanda liqaya qatılmaq üçün AFFA-ya rəsmi qaydada müraciət edib.

Bölgə təmsilçisinin meneceri Miremin Məmmədov mediasport.az saytına bildirib ki, müraciətlərinə AFFA-dan müsbət cavab veriləcəyinə inanırlar:

"20 ildən sonra böyük futbol Şirvana qayıtdı.

Xüsusən klubun prezidenti Ramil Tağıyevin və bəzi dostlarımızın dəstəyi ilə sonadək mübarizə apardıq, yeni komanda olsaq da, bacardığımızı edib 25-ci Azərbaycan çempionatında 1/8 finala qədər irəliləyə bildik.

Fikrimizcə, bu, yeni kollektiv üçün yaxşı nəticə sayıla bilər.

Məqsədimiz yeri yaratdığımız komandanı daha da inkişaf etdirmək, Azərbaycan futboluna bacardığımız qədər töhfə vermək və əlbəttə ki, bölgədə gəncləri pis vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaratmaqdır.

Ümid edirik ki, federasiya istəyimizə müsbət cavab verərək Şirvan futbolunun inkişafına təkan olacaq. Bu şəhər futbol şəhəridir".

Digər Xəbərlər
Xəbər Lenti