COP29

"Onsuz da, istədiklərini edirlər, bizi aldatdılar, dedilər ki…"

8 Avqust 20:40 Region Liqası 1 811
"Onsuz da, istədiklərini edirlər, bizi aldatdılar, dedilər ki…"

Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyindən narazılıq artmaqdadır.

AFFA-nın sabiq icraçı vitse-prezilenti və baş katibi Elxan Məmmədovun yolu ilə gedən bu şəxslər ona oxşamağa çalışır.

PFL mənsublarının barmaqarası münasibətindən şikayətçi düşənlərdən biri də «Ağstafa»nın baş məşqçisi Şahin Kərimovdur.

Region Liqasında mübarizə aparan komandanın çalışdırıcısı bu haqda aşağıdakıları yazıb:

«Onlar onsuz da, istədiklərini edirlər. Kecən mövsüm «Ağstafa»nı aldatdılar.Dedilər, gəlib infrastruktura baxıb qərar verəcəyik.

Nə gəldilər, nə də bir qərar verdilər. Hec olmasa, gələrdilər, yalandan da olsa, nöqsanlar tutardılar.

Artıq hər şey məlumdur - biz hamımız lokomotivik, bir relsin üstunnən gedirik. Əgər relsdən cıxsaq, yıxılarıq.

Hər birimiz sözümüzü deməliyik ki, biz də peşəkar futbol oynamaq istəyirik. Niyə bizim hüquqlar tapdalanır?

Nansı kriteriyalara uyğun olaraq «Şəfa»nı II Liqaya geri qaytardılar? «Şəfa» ilə hec bir prinsipim yoxdur.İstəyərəm ki, onların da klubu inkişaf etsin.

Deməli, zərurət var ki, III Liqa yaransın. Təlabat böyükdür klublar coxdur. Xüsusən də bölgələrdə.

İnandırım sizi, bu il Region Liqasında nə qədər cavan futbolcular oynadı. Bax, onlara meydan lazımdır.

Bunu yaratmaq istəmirlər, sonra da deyirlər, yığma ücün kadrlarımız yoxdur».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti