COP29

Azərbaycan "Şimal"ı avrokuboklarda qrupda qaldı

2 İyul 02:10 Region Liqası 408
Azərbaycan "Şimal"ı avrokuboklarda qrupda qaldı

“Şimal” UEFA Regionlar Kubokunda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, AFFA Region Liqasının son qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupu çərçivəsində İsveçin “Qothenburq” komandası ilə qarşılaşıb.

Kutaisi Futbol Akademiyasının meydançasında baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Təmsilçimizin heyətində qolları 44-cü dəqiqədə Kazbek Qafarov və 58-ci dəqiqədə Şahlar Sadiyev vurublar.

“Şimal” UEFA Regionlar Kubokundakı ilk oyununda Gürcüstanın “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub və qrupda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO