AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, “Göyəzən” və “Ümid” üz-üzə gəlib.
“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” bürünc medallara sahib olub.
Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.
AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.