Region Liqasında yeni mövsüm iki həftə öncə start götürüb.
Bu müddətdə oyunlar yalnız Paytaxt-Şimal zonasını əhatə edib.
Digər bölgələrin təmsilçiləri isə yalnız bu həftəsonu yarış meydanına atılacaq. Yaranmış anormal vəziyyət AFFA-dan qaynaqlanır. F
ederasiya texniki məsələlərdə yenə gec qalıb. Qurum çempionat oyunlarını idarə eləyəcək hakimlərin siayhısını müəyyənləşdirməkdə çətinliklə üzləşib – bu sahədə çatışmazlıq var.
Digər problem isə komandaların geyim/forma təminatında ləngimədir.
Bəzi mətbu orqanları iddia edir ki, AFFA iştirakçıları geyinib-keçindirmək üçün şirkətlərin biriylə müqavilə bağlayıb və xaricdən gələn məhsul gömrükdə «yatıb qalıb».
Bu, əsla belə deyil. AFFA Bakıda fəaliyyət göstərən sex malına üz tutub. Ucuz və sərfəli.
Əlimizdə fakt yoxdur və deyə bilmərik ki, əvvəlki illərdə olduğu kimi, təhcizat xərcləri dəfələrlə şişirdilib.
Ancaq paytaxt zonasında mübarizə aparan komandaların nümayəndələrindən aldığımız məlumata görə, geyim dəstlərinin keyfiyyəti aşağıdır və bir neçə həftəyə sıradan çıxacaq.
SPORTİNFO.AZ