Region Liqasının 2023/24-cü illər mövsümündə iştirak edəcək komandaların siyahısı müəyyənləşib.
Bəribaşdan deyək ki, müraciətlərin çoxluğu AFFA-nın özünü də təəccübləndirib.
Təqribən 50-dan çox belə məktub alınıb. Federasiya onlardan 39-nu siyahıya salıb.
Mərkəz zonası:
1) Ərgünəş FK
2) Göyçay FK*
3) Hacıqabul FK*
4) Ağcabədi FK*
5) Araz(İmişli) FK*
6) İsmayıllı FK
7) Mil FK
8) Ümid (Saatlı) FK*
Cənub zonası:
1) Biləsuvar FK*
2) Ərkivan(Masallı)
3) Lənkəran FK*
4) Masallı PFK
5) Neftçala FK
6) Qobustan FK
7) Zəfər 44
Şimal-Qərb və Qərb zonası:
1) Ağstafa Gəncləri*
2) Balakən FK*
3) Bərdə FK*
4) Göyəzən PFK
5) Qala (Goranboy) FK*
6) Qarxun (Yevlax) FK*
7) Şəki FK
8) VT Gəncə
Paytaxt və Şimal zonası:
1) Çinar Zəngilan FK
2) Cürət FK
3) Dirçəliş FK
4) Gənclər PFM*
5) Gənclik İK
6) Hypers FK*
7) İCBFA
8) İrəvan İK
9) Lokomotiv Baku
10) Mübariz FA
11) Ramana (Abşeron)*
12) Record Club
13) Şimal (Xaçmaz) FK*
14) Şirvanovka FK
15) ŞKGB (Xaçmaz)*
16) Xanlıq (Qubadlı) FK*
Qeyd : Komanda adından sonra * işarəsi ilə qeyd edilənlər ilk dəfə AFFA Region Liqasında iştirak edirlər.
AFFA Region Liqası ilə bağlı planını dəyişib. Federasiya çempionatda çıxış edəcək komandalara ayırdığı ümumi vəsaitin miqdarını artırmaq fikrindən vaz keçib.
İştirakçılar yenə əvvəlkitək hər oyuna görə 300 manat alacaq.
Qurum son günlərə görə bu məbləği 500-600 manatadək yüksəltməyi götür-qoy edirdi. Görünür, büdcədə bunun üçün pul tapmaq mümkün olmayıb.
Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.
SPORTİNFO.AZ