COP29

Cənub bölgəsində yaradılan klub çempionata buraxıldı

28 Sentyabr 2023 17:40 Region Liqası 1 315
Cənub bölgəsində yaradılan klub çempionata buraxıldı

Masallı yenidən ölkənin futbol səhnəsinə qayıdıb.

Rayonun eyniadlı təmsilçisi Region Liqasının növbəti mövsümünün iştirakçıları sırasında yer alıb

Yerli gənclər tərəfindən formalaşdırılan və bəzi iş adamlarından dəstək alan komanda AFFA tərəfindən qeydiyyata alınıb

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi