Region Liqasının son mövsümünün qalibi “Qusar” oldu.
Şimal komandası Tovuzda keçirilən final oyununda Zəngilan “Çinar”ına 2:0 hesabıyla üstələdi.
Çempion kollektiv bu münasibətlə Qusarda bir araya gəlib. Klubun yaradıcısı Kamil Məmmədov futbolçular üçün restoran bağlatdırıb.
Burada məclis quran, yeyib-içən, müsiqi sədaları altında rəqs edən “Qusar”lıların görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Kapitan Tural Cəlilov qəlyan çəkməyə gedəcəklərini kamera önündə dilə gətirməkdən çəkinməyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: