Region Liqasında mövsümün ilk mükafatçısının adı məlum olub.
«Marxal» və «Arpaçay» üçüncü yer uğrunda matçda üz-üzə gəlib.
«ASK Arena»da keçirilən qarşılaşma Şərur klubunun qələbəsi ilə başa çatıb. Naxçıvan zonasının lideri Şəki təmilçisini 1:0 hesabıyla üstələyib.
Yarışa iyunun 4-də yekun vurulacaq. Tovuzda keçiriləcək finalda «Qusar»la «Çinar» münasibətlərinə aydınlıq gətirəcək.
SPORTİNFO.AZ