Region Liqasında təmsil olunacaq rayonların siyahısı bir qədər də genişlənib.
Göygöl bu ayın sonunda start götrücək növbəti mövsümün xəritəsində yer alacaq.
Rayonun eyniadlı komandası çempionatda qüvvəsini sınamaq üçün AFFA-ya müraciət edib və qeydiyyatdan keçib. «Göygöl» yerli İcra Hakimiyyəti tərəfindən yaradılıb və əsasən yerli gənclərə şans verəcək.
Bu rayon əvvəl də futbolda təmsil olunub. «Göygöl» 17 il öncə I Divizionda mübarizə apaııb və sonra adı «Gilan»a dəyişdirilib, indi isə «Qəbələ» kimi fəaliyyətini davam etdirir.
SPORTİNFO.AZ