COP29

Bir neçə komanda çempionatda iştirakdan imtina etdi – SON ANDA

2 Noyabr 11:20 Region Liqası 5 746
Bir neçə komanda çempionatda iştirakdan imtina etdi – SON ANDA

AFFA Region Liqasının yeni mövsümü ilə bağlı bir sıra problemlərlə üzləşib.

Bu səbəbdən qeydiyyat müddəti yenidən uzadılıb.

Avqustda açıq elan edilən və oktyabrın 1-də bitməli olan proses hələ bir müddət də artırılıb.

Səbəb çempionatda qüvvəsini sınamaq istəyən bəzi komandaların son anda geri çəkilməsi, həmçinin qeydiyyatdan keçənlərin sənədləşmə ilə əlaqəli tələbləri yerinə yetirə bilməməsidir.

Federasiya yarışda 40-45 kollektivin qüvvəsini sınamasını planlaşdırıb.

O dəqiqdir ki, Naxçıvan Region Liqasında təmsil olunmayacaq. Ötən ildəki kimi.

Yerli federasiya Muxtar Respublika çempionatının təşkilindən imtina etdiyi üçün qalib yarımfinal mərhələsində Region Liqasına qoşulmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!