
Nəhayət, Region Liqasında «buzlar əriməyə» başlayıb.
Yeni mövsümün start götürəcəyi tarix bəlli olub.
Martın 4-də yarışın yeni mövsümünün püşkü atılacaq. Tədbir saat 14:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
İlk oyunlar martın 8-9-da keçiriləcək.
Yarışda 55 komanda mübarizə aparacaq. Bu isə rekord göstəricidir.
2018-ci ildən - liqanın təşkilinə başlandığı vaxtdan bəri hələ bu qədər iştirakçı bir araya gəlməyib.
Çempionata qatılacaq kollektivlərin yekun siyahısı artıq əlimizdədir. Buradan görürük ki, onların sırasında xeyli sayda debütant var.
SPORTİNFO.AZ
Qax FK
Goranboy OİK
Qaradağ Şıxlar
Goranboy Qala
Masallı PFK
Göyəzən
Mil FK
Dirçəliş FK
Araz (İmişli)
Hacıqabul
Şirvan OİK
Xudat City FA
Sabirabad FK
Gənclik İK
Tərtər FK
Mübariz FA
Ümid FK Saatlı
Şirvan FK
City Baku
Ramana FK
Lokomotiv Baku
Xanlıq FK
Xankəndi
Rekord FC
Zəfər44
Ağstafa Gəncləri
Lənkəran FK
Topçular FK
Çinar Zəngilan
Ərkivan
Qobustan
Ərgünəş
Naftalan FK
Qarxun FK
Bərdə FK
Lokomotiv İmişli
Biləsuvar FK
Bahar FK
Ağcabədi OİK
VT-Gəncə
ATİDEL
Bayıl Rovers
Digah Bakı
Balakən FK
İnşaatçı PİK
Avşar FK
Şirvanovka FK
Kürmük Qax
İCBFA
Neftçala FK
Xocalı
Balaxanı FK
Cəngi FK
Gənclər PFM
Salyan OİK
ŞKGB